Türkiyənin tanınmış aktrisası Nilperi Şahinkaya və sevgilisi Emre Yusufi Bebekdə məkanların birində görüntüləniblər.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Nilperi Kannda sevgilisi ilə birlikdə başlarına gələn hadisədən sonra jurnalistlərə açıqlama verib. Aktrisa deyib ki, hər il festival zamanı oğurluq halları çox olur:
"Orada xeyli macəra yaşadıq. Biz gecə evdə olmayanda oğru gəlib sevgilimin hər şeyini oğurlayıb. Mənim də çantamı aparıb. Pasportum da içində olduğuna görə müvəqqəti passport çıxartdırmaq üçün 2 saat yol getmişik. Çox qorxulu idi o anlar...".
Milli.Az