Şou-biznes

Rəmişin xanımı Nazpəri üçün efirə gəldi - VİDEO

3 İyun 2022 17:15
1 Şərh     Baxış: 1 440
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mərhum Xalq artisti Rafiq Hüseynovun ( Rəmiş) xanımı Gülü Xalq artisti Nazpəri Dostəliyeva üçün efirə çıxıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, o, sənətçi "Həmin Zaur" proqramında qonaq olarkən studiyaya gəlib. 

Dostəliyeva üçün gül də gətirən Gülü  "Rəmiş sizi çox istəyirdi. Deyirdi, Allah ona hər şey verib, həm sənətkardı, həm də gözəl xasiyyəti var. Mən ona görə bura gəlməyi özümə borc bildim. Siz dost idiniz, bir yerdə xatirələriniz çoxdur. O vaxt Rəmiş xəstəxanada olanda yanına ilk Nazpəri xanım gəldi. Rəmiş rəhmətə gedəndən sonra da mənimlə maraqlanır, özü zəng etməsə də, köməkçiləri əlaqə saxlayır", - deyə bildirib. 

N. Dostəliyeva da Rəmişlə qardaşının əvvəllər dost olduğunu vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.