Şou-biznes

Bülənt Ərsoyu təqlid etmək müğənniyə baha başa gəldi - VİDEO

2 İyun 2022 05:22
1 Şərh     Baxış: 2 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli müğənni Gülşənin sonuncu paylaşımı tənqid edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, əlil arabasında video paylaşan Gülşən həmkarı Bülənt Ərsoyu da işarələyərək təqlid edib. Bu isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. 

İfaçının ünvanına "Əylənmək üçün əlil arabasını seçmək, onda oturmaq məcburiyyətində qalanlar üçün xəyal qırıqlığıdır. Ümid edirəm, bir gün həqiqətən orada əyləşmək məcburiyyətində qalmazsan", "Bülənt Ərsoy sağlamlıq problemlərinə görə ayaqüstə dayana bilmirsə, bunu ələ salmaq həç də xoş deyil", "Bir gün həmin əlil arabasına möhtac qalsan onda da belə gülməli olacaq görəsən?", "Çox gülməlidir? Bir gün belə bir vəziyyətə düşmək hissi keçmədi fikrindən?" kimi şərhlər yazılıb.

Bir çoxları isə bunu reytinq üçün etdiyini, lakin uğursuz alındığını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.