Şou-biznes

Xoşqədəmin məhkəməsinin vaxtı MƏLUM OLDU

24 May 2022 14:45
6 Şərh     Baxış: 4 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Xoşqədəm Hidayətqızının (Baxşəliyeva) məhkəməsinin vaxtı məlum olub.

Milli.Az unikal-a istinadla xəbər verir ki, məhkəmə prosesi may ayının 26-sı, saat 15:30-da Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, Xoşqədəm Hidayətqızı Vəkillər Kollegiyasının üzvü Bəhruz Bayramovun müraciəti ilə Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Vəkil Xoşqədəm Hidayətqızını efirdə təhqiqat və ya ibtidai istintaq məlumatlarını yaymaqda ittiham edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.