Şou-biznes

"Şəbnəmi tərifləyib, Səidəni pisləyə bilmərəm"

23 May 2022 19:22
0 Şərh     Baxış: 1 115
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Əmiznə Şirin qalmaqal yaşadığı Səidə Sultandan danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Şourum" proqramında danışıb. O, Səidənin "Ayrı-ayrı" mahnısını çox bəyəndiyini etiraf edib:

"Mən onlar kimi deyiləm. Bəyənirəmsə, deyəcəm bəyənirəm. Onlar bilir ki, yaxşı oxuyandır, amma demir. Daxili eqo, mənəm-mənəm o qədər yüksəkdir ki... "Biz ayrı dünyaların adamı" mahnısını sevirəm. Bir-birimizi gizlin dinləməyək. Problem başqadır. Burada durub Şəbnəm Tovuzlunu tərifləyib, Səidəni pisləyə bilmərəm. Problem onun başındadır. Beynini düzəldəndən sonra hər şeyi düzələcək".

Əminə Səidə ilə yaşadığı qalmaqala toxunaraq ona şər atıldığını açıqlayıb:

"Birinci o çıxıb danışmışdı. Səlahiyətimdən istifadə etməyən bütün peşə sahiblərinə hörmətim sonsuzdur. Bu o demək deyil ki, 34 yaşıma çatmışam polis qapısına şikayətə getməmişəm. Allahıma da şikayət etmirəm. Xanıma yaraşmır gedib şikayət edəsən. Etməmişəm. Etdiyimi gözünlə görmüsənsə danış. Etmədimiyi deyirlərsə, Allaha tapşırıram".

Qeyd edək ki, Səidə Əminənin onu polisə şikayət etdiyini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.