Şou-biznes

Uşağınız həyatda olmayandan sonra təhsili kimə lazımdı? - Müğənni Elnarə

7 May 2022 19:51
6 Şərh     Baxış: 2 089
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Elnarə Xəlilova məktəblilər arasında baş verən intihar hadisəsinə münasibət bildirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Elnarə Xəlilova valideynləri övladlarının yanında olmağa səsləyib:

"Əziz valideynlər, analar, atalar, bir valideyn kimi sizi çox gözəl anlayıram. Əziyyətimiz danılmazdır. Ancaq nə olar, sizə yalvarıram uşaqlarınızın üzərinə getməyin. Onlara hər işlərində dəstək olmağa çalışın.

Hər il buraxılış imtahanlarından sonra məktəblilər arasında intiharların sayı artır. Bu yolverilməzdir. Sizin uşağınız həyatda olmayandan sonra onun təhsili kimə lazımdır? Olmasın ali savadlı. Peşə məktəbinə verin, aşpaz, dülgər, saç ustası, vizajist, dərzi, dəmirçi olsun - fərqi yoxdur, lap fəhlə olsun... Amma canı sağ, salamat, sağlam və xoşbəxt olsun. Qarşıdan qəbul imtahanları gəlir. Valideynlər oyansın!".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory