Şou-biznes

Vəfa Şərifova sağ olan atasına ölüb dedi - Bağışlaya bilmirəm

2 May 2022 17:22
2 Şərh     Baxış: 2 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Vəfa Şərifova sağ olan atasının rəhmətə getdiyini söyləyib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu haqda "Həmin Zaur" verilişində danışılıb. Aparıcı Zaur Kamal ondan atasını soruşub. 

Vəfa "Atam rəhmətə gedib" cavabını verib. Zaur isə yalan danışdığını, atasının sağ olduğunu açıqlayıb. Bundan sonra Vəfa atasının onları uşaqlıqdan atdığını bildirib:

"Anam rəhmətə gedəndən sonra atam evlənib. Bacım və qardaşıma atam, mənə nənəm baxıb. Ögey anam bacı və qardaşıma da baxmadığı üçün nənəm gətirib. O vaxtdan mənə dedilər ki, atan rəhmətə gedib. Mən də demişəm, Allah rəhmət eləsin.

Bağışlaya bilmirəm. Mənim üçün bacım, qardaşım, ailəmdir əsas. Onlar bacıma, qardaşıma elə zülm veriblər ki...

Heç vaxt atamı görməmişəm, şəklini də görməmişəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.