Şou-biznes

Nüşabə Ələsgərli Əflatun Qubadovun istəyini geri çevirib

29 Aprel 2022 20:54
1 Şərh     Baxış: 2 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Əflatun Qubadov Əməkdar artist Nüşabə Ələsgərlidən küsüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb ifaçının həmkarına duet təklif etməsi, amma Ələsgərlinin bundan imtina etməsi olub. Bu haqda Ə.Qubadov "Həmin Zaur" proqramında danışıb.

"O oxumadı. Səbəbi ondan soruşun, məndən niyə soruşursunuz? Həmin mahnını özüm oxudum, dillər əzbəri oldu. 2015-ci ildə olmuşdu bu hadisə" deyə, sənətçi söyləyib.

Aparıcı Zaur Kamal ifaçıya iki sənətçinin onun avtomobilində dava etməsi haqda sual verib. "İki xanım avtomobilimdə dava etdi. Məndə saxladım və qapını açdım ki, düşün, gedirəm" deyə, Ə.Qubadov cavab verib.

O, aparıcıdan həmin xanımların adını açıqlamamağı xahiş edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.