Şou-biznes

"Yasak elma"da Azərbaycanla bağlı maraqlı sitat - VİDEO

26 Aprel 2022 18:18
0 Şərh     Baxış: 2 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda "Fox" telekanalında yayımlanan "Yasak elma" serialının 139-cu bölümündə Azərbaycan manatı ilə bağlı maraqlı sitat səsləndirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işində "Yıldız" obrazına həyat verən aktrisa Eda Ecə uşağın bağçası üçün keçmiş həyat yoldaşına 150 min ödənilməli olduğunu bildirir. Pulun çox olduğunu düşünən "Çağatay" obrazına həyat verən aktyor Berk Oktay isə məbləğin valyutasının həqiqətən lirə olduğunu dəqiqləşdirmək istədikdə Eda ona belə cavab verib:

"Yox, Azərbaycan manatı. Qardaş ölkədir axı, fərq etmir dedilər".

Qeyd edək ki, ekran işinin digər baş rollarını Şevval Sam, Biran Damla Yıldız paylaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.