Şou-biznes

“Avtobusda bir kişi məni sıxışdırdı”

23 Aprel 2022 10:00
0 Şərh     Baxış: 1 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aparıcı və müğənni Songül Karlının son etriafı sosial şəbəkələrdə gündəm olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi avtobusda yaşadığı bir hadisədən danışıb.

Yutub kanalında yayımlanan verilişdə qonaq olan Karlı deyib ki, naməlum şəxs tərəfindən narahat edilib:

"Anamla avtobusa minmişdik. Arxadan bir kişi məni sıxışdırdı. Anam gördü və onu döydü. Əvvəllər belə hallara insanlar utanıb, susurdular. Anam isə susmadı. İndi insanlar daha şüurlu, cəsurdurlar. Danışa, reaksiya verə bilirlər. Sosial medianın təsiri çox böyükdür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.