Bir ay əvvəl həyat yoldaşından boşanaraq Mayamiyə yerləşən Petek Dinçözün adı Ebru Gündeşin keçmiş həyat yoldaşı, Cənubi Azərbaycandan olan iş adamı Reza Zərrabla hallanmağa başlayıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Söylemezsem olmaz" proqramında aparıcı Bircan Bali bu haqda danışıb. O bildirib ki, Reza orada Peteyə 700 min dollarlıq ev alıb. Keçici olaraq rəfiqəsinin evində qalan ifaçının qısa zamanda sözügedən evə köçəcəyi deyilir.
Qeyd edək ki, Petek Dinçöz 2014-cü ildə iş adamı Serkan Kodaloğlu ile nikah masasına oturub. Onların bir oğlu olub. Cütlük bir ay əvvəl rəsmi boşanıb.
Rezanın bundan əvvəl Hadisə ilə də eşq yaşadığı ortaya çıxmışdı.
Milli.Az