Xalq artisti Brilliant Dadaşova instaqramdakı paylaşımı ilə yenidən diqqət çəkib.
Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu dəfə bir neçə gün əvvəl Bakıda fanatları ilə görüşən və izdihama səbəb bloger Hüseyn Həsənova söz atıb:
"Fikirləşirəm ki, necə edim, bu uşaqları (konsertdə yer alacaq gənc ifaçılar) brilliant daşı kimi cilalayıb parıldadım. Konsertimizdə heç bir hədiyyə paylanmayacaq. Hədiyyəmiz yalnız musiqidir".
Qeyd edək ki, Brilliant Dadaşova iyunun 1-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
Milli.Az