Şou-biznes

Partlayışda yaralanan modelin xəstəxanadan görüntüsü - VİDEO

14 Aprel 2022 11:36
3 Şərh     Baxış: 4 423
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, "Location" klubda baş verən partlayışda xəsarət alanlardan biri də model Təranə Rzayevadır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, model hadisədən sonra ilk dəfə görüntüsünü paylaşıb. O, ayaqlarının və üzünün şişdiyini yazıb:

"Hamı deyir, kökəlmişəm. Kökəlməmişəm, sadəcə bilmirəm bu partlayışla nə əlaqəsi var, ayaqlarım və üzüm şişib. Fikir versəniz Aysel (red. - bloger Aysel Şükürova) də çox şiş idi". 

Xatırladaq ki, Merlin bir müddət əvvəl səhhəti ilə bağlı verdiyi açıqlamada saçlarının tamamilə yandığını, üzündə isə hər hansı xəsarət izi olmadığını açıqlamışdı.

Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 4 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova, klubda əylənənlərdən 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva, aşpaz, 2001-ci il təvəllüdlü Gülbala Abdullayev, ofisiant, 21 yaşlı Ayxan Fətullazadə), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.