Şou-biznes

Xalq artisti ABŞ-da xeyriyyə konserti verəcək: puluna it alınacaq...

13 Aprel 2022 15:24
1 Şərh     Baxış: 1 774
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti, xanəndə Nəzakət Teymurova Vaşinqtonda xeyriyyə konserti verəcək.

Milli.Az xəbər verir ki, bu barədə qaynarinfo-ya xanəndənin özü məlumat verib.

Nəzakət Teymurovanın sözlərinə görə, sözügedən konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək:

"Konsert layihəsi mayın 3-də baş tutacaq. Konsertdən əldə olunan vəsait işğaldan azad olunan ərazilərdə minaların təmizlənməsi prosesində əlavə itlərin alınmasına sərf olunacaq. Konsertdə digər sənət adamları da iştirak edəcək".

Qeyd edək ki, konsertin dirijoru Fuad İbrahimovdur. Gecəni Bakı Kamera Orkestri və Xarı Bülbül Muğam qrupu idarə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.