Şou-biznes

Əməkdar memardan ölkədən çıxışına qadağa qoyulması xəbərinə reaksiya

12 Aprel 2022 17:46
Baxış: 1 091
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar memar Afis (Hafiz) Əmirxanov ölkədən çıxışına "stop" qoyması ilə bağlı məlumatlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, A.Əmirxanov "qafqazinfo"ya açıqlamasında qeyd edib ki, Bakı Kommersiya Məhkəməsinin qərarı vaxtilə rəhbəri olduğu firmaya görə verilib:

"Ortada yanlış anlaşılma var. Mən həmin firmanı çoxdan bağlamışam. Borcları da çoxdan ödəmişəm. Hazırda müəllimlik fəaliyyəti ilə məşğulam və heç bir firmaya rəhbərlik etmirəm. Ona görə də Dövlət Vergi Xidməti tərəfindən mənə hesablanan borc əsassızdır. Bakı Kommersiya Məhkəməsinin qərarını da düzgün hesab etmirəm.

Ortadakı yanlış anlaşılmanın aradan qaldırılması üçün müvafiq qurumlara müraciət edəcəyəm".

Qeyd edək ki, əməkdar memarın rəhbəri olduğu firmanın Dövlət Sosial Müdafiə Fonduna olan borcları ödənilmədiyi üçün məhkəmədə iddia qaldırılmışdı.

Afis Əmirxanov əməkdar memar, eyni zamanda Prezident təqaüdçüsüdür. O, vaxtilə Memarlar İttifaqının I vitse-prezidenti olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.