Şou-biznes

Həyat yoldaşı ilə istirahətdə olan Sevda: "Gizli çəkilişlərə görə bizi tutacaqlar" - VİDEO - FOTO

8 Aprel 2022 17:48
2 Şərh     Baxış: 1 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Sevda Yahyayeva yenidən həyat yoldaşı Zakir Bayramovla istirahətə yollanıb. 

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, cütlük bu dəfə dincəlmək üçün qonşu Türkiyəni seçib.

Onlar İstanbulun mərkəzində yerləşən Dolmabağça Sarayını qarış-qarış gəziblər. Tarixi məkanda çəkiliş edən Sevda görüntüləri sosial şəbəkə hesabında paylaşıb. O, videoya "Axırda bu gizli çəkilişlərə görə bizi tutacaqlar" sözlərini də əlavə edib. 

Həyat yoldaşı ilə restoranda şam yeməyi yeyən Yahyayeva məşhur aşpaz Nusret Gökçenin "Salt bea" hərəkətini də təkrarlayıb. 

İfaçının səyahətindən lentə alınan bütün videoları və fotoları izləyiciləri tərəfindən bəyənilərək, maraqla qarşılanıb. 

Qeyd edək ki, tez-tez xaricə istirahətə yollanan Sevda və Zakir cütlüyü bir müddət əvvəl Şri-Lankadan qayıdıb. Yahyayevanın sözlərinə görə, onun həkim həyat yoldaşı bu günə qədər dünyanın 105 ölkəsini gəzib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.