Şou-biznes

Əri müharibədə döyüşən azərbaycanlı aparıcı: "Məni burada göz yaşlarında görürlər" - VİDEO

4 Aprel 2022 21:30
1 Şərh     Baxış: 3 103
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Yelena Sidorenko şəxsi həyatı ilə gündəmə gəlib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, övladı Adellə "Bu ana kimi" proqramına qonaq olan aparıcı həyat yoldaşının II Qarabağ müharibəsində iştirakından danışıb. Sidorenko övladı kiçik olduğundan həmin dövrün onun üçün çox çətin olduğunu bildirib:

"Bəlkə də, bu mənim üçün ən ağrılı mövzudur. Hər dəfə mən efirlərdə olanda bu mövzuya toxunulur və hər dəfə məni burada göz yaşlarında görürlər. Adel yeni-yeni dil açmağa başlayırdı. Mənə deyirdi ki, "Atam haradadır, niyə gəlmir?"

Mən ona izah edə bilmirdim ki, ata haradadır. Qardaşım gələndə ona sığınırdı. Kişi qayğısına ehtiyacı olan kimi..."

Qeyd edək ki, Yelena 2016-cı ilin aprelində Mehdi adlı bəylə ailə qurub. Cütlüyün bir qız övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.