"Oscar" mükafatlandırma gecəsində aparıcı Kris Roka şillə vuran dünya ulduzu Uill Smit Film Sənətləri və Elmləri Akademiyası üzvlüyündən çıxıb.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
"Akademiyanın mənə olan etimadına xəyanət etdim. Mükafat sahiblərini böyük işlərini qeyd etmək imkanından məhrum etdim" - deyə Smit açıqlamasında bildirib.
O, bu səbəbdən akademiyadan ayrıldığını və idarə heyətinin uyğun gördüyü digər cəzaları da qəbul edəcəyini qeyd edib.
Milli.Az