Rusiyalı opera müğənnisi Anna Netrebko Rusiyanın Ukraynaya təcavüzünü pisləyib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə "Facebook" yazıb.
İfaçı qeyd edib ki, heç bir Rusiya liderinin müttəfiqi və ya heç bir siyasi partiyanın üzvü deyil. Onun əvvəllər etdiyi çıxışlar isə yanlış şərh edilib.
Netrebko vurğulayıb ki, o, Rusiya prezidenti Vladimir Putinlə "həyatında yalnız bir neçə dəfə" sənətinə görə mükafatlar alanda, eləcə də Olimpiya Oyunlarının açılış mərasimində görüşüb.
Netrebko hazırda Avstriyada yaşadığını və orada vergi ödədiyini bildirib. 50 yaşlı müğənni mayın sonundan etibarən opera və konsert tamaşalarını ilkin olaraq Avropada davam etdirməyi planlaşdırır.
Milli.Az