Şou-biznes

Həmidə Ömərovanın “oğlu”nun toyu oldu - Bəyin tanınmış sənətçilərlə maraqlı rəqsi - VİDEO

30 Mart 2022 13:06
0 Şərh     Baxış: 3 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış aktyor Zaur Əliyev subaylığın daşını atıb. Şəhər restoranlarından birində baş tutan toyda aktyorun sənət dostları, bir çox xalq artistləri və yaxın qohumları iştirak edib.

Milli.Az xəbər verir ki, Zaur Əliyev təəssüratlarını moderator.az - la bölüşüb.

"Toy bir bayramdır. Bu bayramı sənət dostlarımla, qohum-əqraba, dost-tanışımla birlikdə qeyd etdim. Toy istədiyim kimi keçdi. Bütün teatrlardan qonaqlar dəvət olunmuşdu. Bəzi sənət dostlarım çəkilişdə və tamaşada olduğuna görə gələ bilməmişdilər, amma hamısının təbriklərini almışam. Tək-tək adlarını qeyd etmək istəmirəm, amma toyuma gələn bütün sənətkarlara, sənət dostlarıma öz təşəkkürümü bildirirəm. Allah hamıya bu cür toy nəsib etsin. Ən əsası odur ki, öz ailə həyatımdan da çox razıyam. Hər kəsə öz sevdiyi şəxslə, daşınıb-düşünüb ailə həyatı qurmasını arzulayıram. Mən məhz elə etdiyimə görə 31 yaşıma qədər gözlədim" deyə aktyor bildriib.

Qeyd edək ki, Zaur Əliyev Akademik Musiqili Teatrının aktyorudur. Sənətçini böyük tamaşaçı kütləsinə "Ata ocağı" serialında Elçin obrazı tanıdıb. Aktyor serialda xalq artisti Həmidə Ömərovanın oğlu obrazını oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.