Şou-biznes

Röyanın təxirə düşən konserti nə vaxt olacaq?

24 Mart 2022 17:30
0 Şərh     Baxış: 774
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Röya Ayxanın iki il əvvəl təxirə düşən "Nazlı" adlı solo konserti sentyabrda baş tutacaq.

Milli.Az OLAY-a istinadən yazır ki, bu barədə müğənni özü məlumat yayıb.

O bildirib ki, bu ilin sentyabrında dörd günlük konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, sənətçinin konserti 2020-ci ilin 6, 7, 8 və 9 mart tarixlərində keçirilməsi planlaşdırılırdı.

Lakin həmin dövrdə  koronavirusun qarşısının alınması məqsədilə görülən profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq konsert təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.