Şou-biznes

"Hari Potter"in aktrisası ərə getdi - FOTO

21 Mart 2022 13:36
0 Şərh     Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hari Potter"dəki  Cinni Uizl rolu ilə tanınan britaniyalı aktrisa Bonni Rayt ərə gedib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, uzun müddətdir eşq yaşadığı Endryu Lokoko ilə ailə qurub. "Ötən gün həyatımın ən gözəl günü oldu. Həyat yoldaşıma təşəkkür edirəm" deyə, aktrisa paylaşımında yazıb. 

Bonni toyunda iki geyimdən istifdə edib. Nikah mərasimində aktrisa ağ tüllü geyimdə qonaqlar qarşısına çıxıb. Məclisin ikinci hissəsində isə o, ağ dekolte libas geyinib.

Qeyd edək ki, bu, Bonninin ilk evliliyidir. 2011-ci ildə o, aktyor Ceym Kempbell Bauerlə nişanlanıb. Cütlük az keçmədən ayrılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.