Şou-biznes

Bekhemdən Ukraynaya fərqli dəstək

21 Mart 2022 12:42
0 Şərh     Baxış: 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ulduz futbolçu Devid Bekhem 71 milyondan çox izləyicisi olan instaqram hesabının istifadəsini Ukraynanın Xarkov şəhərində Perinatal Mərkəzin rəhbəri İrina Kondratovaya verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə instaqram hesabında məlumat verən ulduz futbolçu bununla Ukraynadakı müharibənin acı nəticələrinə diqqət çəkmək istədiyini bildirib:

"İrina xəstəxanada hamilə qadınlara sağlam doğum həyata keçirmələri üçün kömək edir. Bu xəstəxanada çətin vəziyyətdə olan yeni doğulanlara tənəffüs aparatı bağışladığınız üçün təşəkkür edirik. Səhifəmdə İrina və tibb işçilərinin həyat qurtarmaq üçün mükəmməl çalışmaları haqqında daha çox məlumat əldə edəcəksiniz. Lütfən, əlinizdən nə gəlirsə bu insanları dəstək olun".

Artıq futbolçunun səhifəsinin "story" bölümündə ukraynalı həkimin xəstəxanadan paylaşımları yer alır.

Futbolçunun bu addımı izləyiciləri tərəfindən yüksək qiymətləndirilib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.