Şou-biznes

“Marvel”in yeni superqəhrəmanı müsəlman olacaq

17 Mart 2022 15:46
0 Şərh     Baxış: 563
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Öz fantastik filmlərilə məşhurlaşan "Marvel" kinostudiyası yeni serialının ilk görüntülərini təqdim edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Misis Marvel" adlı ekran əsərinin qəhrəmanı Nyu-Cersidə yaşayan 16 yaşlı pakistan mənşəli amerikalı Kamala Xandır.

O, yeni məktəbinə və ətraf mühitə uyğunlaşmağa can atdığı bir zamanda yaxınlığındakı bomba partlayışı nəticəsində fövqəl gücə sahib olur.

Baş rolu İman Vəllaninin canlandırdığı, Adil əl-Ərbi və Bilal Fəllah tərəfindən ərsəyə gətirilən serial altı bölümdən ibarətdir.

Onun nümayişinə iyunun 8-dən etibarən "Disney Plus" platformasında başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.