Şou-biznes

Rusiyalı reper konsertindən əldə etdiyi gəliri ukraynalı qaçqınlara verdi

16 Mart 2022 19:24
0 Şərh     Baxış: 1 080
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyalı reper Oksimiron (əsl adı Miron Fyodorov) martın 15-də İstanbulda "Ruslar müharibəyə qarşı" adlı xeyriyyə konserti keçirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, reper konsertdən əldə edilən bütün vəsaiti ukraynalı qaçqınların uşaqlarına yardım üçün ayırdığını açıqlayıb. O, tviç və yutub platformalarında yayımlanan konsertdən qazandığı gəliri Polşa xeyriyyə təşkilatı Müqəddəs Nikolay Fondunun hesabına köçürdüyünü bildirib.

Qeyd edək ki, bu Oksimironun son altı ildə keçirdiyi ilk konsertdir. Martın əvvəlində Sankt-Peterburq və Moskvanın böyük məkanlarında keçirilməsi planlaşdırılsa da, müharibə səbəbindən təxirə salınmışdı. Musiqiçi bunu Rusiyada müharibəyə qarşı olan dinləyicilər üçün keçirdiyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.