Şou-biznes

Tünzalə şikayətləndi: "Tərləyirəm, oxuyanda saçımdan su axır" - VİDEO

14 Mart 2022 16:42
2 Şərh     Baxış: 1 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Tünzalə Ağayeva paytaxt restoranlarından birində səhnəyə çıxıb. 

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, qısa müddət əvvəl saçlarını uzatdıraraq imicini dəyişən Tünzalə yeni görünüşündən şikayətlənib. Bu hadqa "Şourum" proqramına danışan Xalq artisti saçının ona səhnədə olarkən çətin anlar yaşatdığını bildirib:

"Səhnədə çox tərləyirəm. Oxuyuram, su axır saçımdan... Mahnının ortasında fen axtarıram. Amma tamaşaçı səni gözəl görmək istəyir. O gözəlliyi də daşımaq lazımdır. Sən tərlədin, ya da sənə xoş olmadı - bunun heç birinin tamaşaçıya aidiyyəti yoxdur. Hərdən səhnədə elə korsetlər geyinirik ki, nəfəs də ala bilmirik. Elə dikdaban ayaqqabılar olur bəzən, üzərində dayanmaq çətin olur. Belə saçların olanda su tökülür, amma sən oxumağa davam edirsən".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.