Şou-biznes

Aygün Kazımovadan yazdılar: "Xalat da geyinsə yaraşır" - VİDEO - FOTO

11 Mart 2022 14:06
0 Şərh     Baxış: 1 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Aygün Kazımova yeni paylaşımı ilə diqqət çəkib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında yeni görüntülərini yayımlayıb. Kazımova qızılı rəngli libası ilə bütün diqqətləri üzərinə toplayıb. 51 yaşlı ifaçının dərin sinə dekolteli libası müzkakirələrə səbəb olub. 

Hər zaman dəbli və qlamur tərzi ilə seçilən Kazımova bu dəfə də azərbaycanlı modelyer və dizayner Rüfət İsmayılın kolleksiyasına müraciət edib. 

Xalq artistinin saç və makiyajı üzərində peşəkarlardan ibarət komanda çalışıb. Sənətçinin insatqram izləyiciləri ilə bölüşdüyü görüntüləri rəğbətlə qarşılanıb.

İstifadəçilər Kazımovanın ünvanına "Alovunuz hər yerə işıq saçır. Şarmlı ulduzumuz", "Gün kimi parıldayan Aygün", "Təəccüblənməyin, həqiqətən xalat da geyinsə yaraşır, həm də brend görünür", "Hər zaman baxımlı, hər zaman aktual qadın" kimi xoş sözlər yazıblar. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.