Şou-biznes

Ukraynanı dəstəkləyən müğənnilərə qadağa qoyuldu

7 Mart 2022 09:54
0 Şərh     Baxış: 1 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "RU.TV" musiqi kanalı ukrayna əsilli müğənnilərə qadağa qoyub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, siyahıda bir çox rus ifaçılar da yer alıb. Bundan sonra İvan Dornom, Maks Barskix, Potapom və Nastya, MONATIK, DOROFEEVA, Loboda, Vera Brejneva, Valeriy Meladze, Alla Puqaçova, Maksim Qalkin  və "Аквариум" qrupunun heç bir görüntüsü sözügedən kanalda yayımlanmayacaq.

Buna səbəb sözügedən sənət adamlarının Rusiyanın Ukraynaya hərbi hücumunu tənqid etməsi olub. Həmin sənətçilərlə müqaviləyə xitam verilib.

"Musiqiçilərin rus dinləyicilərinə öz siyasi mövqeyini bildirərkən təkəbbürlü, həqarətli münasibəti heç bir seçim qoymayıb, yuxarıda adıçəkilən musiqiçilərlə mövcud müqavilələrə xitam verilməsi qərara alınıb" deyə, yazıda bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.