Hazırda "Camdakı kız" serialında "Nalan" obrazına həyat verən Burcu Biricikin səhnəyə yeni gəldiyi zamanlardan lentə alınan görüntülər sosial şəbəkədə gündəm olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, izləyicilər aktrisanın xeyli dəyişdiyini qeyd ediblər. Bəziləri sadəcə artıq çəkilərindən xilas olduğunu, bəziləri isə eyni zamanda estetik əməliyyat etdirdiyini də yazıblar.
Qeyd edək ki, aktrisa daha öncə plastik əməliyyat etdirmədiyini, ancaq yaxın zamanda gözünün üzərini müdaxilə edəcəyini bildirib.
Milli.Az