Şou-biznes

Azərbaycan Avroviziyaya “Sezar”la gedir?

4 Mart 2022 17:12
1 Şərh     Baxış: 1 025
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nadir Rüstəmlinin Avroviziya -2022 mahnı müsabiqəsində ifa edəcəyi mahnı müəyyənləşib.  

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə Nadir "12 Xal"a açıqlamasında bildirib.  6 müxtəlif mahnı arasından seçilmiş mahnı gələn həftə musiqi videosu (klip) ilə birgə təqdim olunacaq.

Qeyd edək ki, mahnı 300-dən çox demo versiyalı mahnı arasından seçilən 6 mahnıdan biri idi və yekun olaraq səsvermə nəticəsində Nadirin mahnısı təyin edilib.

Bundan əlavə, Rüstəmli Mədəniyyət kanalında yayımlanan "Agent 001" proqramında qonaq olarkən Roma imperatoru Qay Yuli Sezar barədə danışıb:

"Yuli Sezar dünya tarixində iz qoydu, Nadir Rüstəmli isə may ayında adını dünya tarixinə yazacaq".

Onun bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.  Qeyd olunub ki, Nadir növbəti mahnısının Sezar barədə olacağına eyham edib. 

Həmçinin, sənətçi instaqramda "tezliklə" şərhini yazaraq Sezarın fotosunun əks olunduğu poster paylaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.