Şou-biznes

"Cabir Abdullayevə görə Şuşada xəcalət çəkdim" - Xalq artisti

3 Mart 2022 18:30
Baxış: 3 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bir ildir eyforiyadayam: öz vətənimə, Şuşaya getmişdim. Cənnətə düşmüşdüm. Bütün məşhurlar da orada idi. Flora Kərimova məni qucaqlayıb ağlayırdı. Hamı bir-biri ilə mehriban idi".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Şamil Süleymanov "Həmin Zaur" proqramında deyib. Aktyor Əməkdar artist Cabir Abdullayevlə bağlı xatirəsini bölüşüb:

"Xəcalət çəkdim, Cabir Abdullayevi küçədə tanımadım. Bazardan gül alırdı, çiçək əkmək istəyirdi. Mənə dedi Cabir Abdullayevəm, yəqin yaşlılıqdandır. Cıdır düzündə gördüm elə bilir onu heç kim görmür, şeir deyirdi. Bilmirəm yaxşı, yoxsa pis müğənnidir. Kənara çəkilib, qayaların dibində oturub, Cıdır düzündən baxır, oxuyur. Bilmirəm ağlayır, bilmirəm gülür, bilmirəm nədir. Utandığımdan yaxınlaşa da bilmədim. Gəlib oturub, qulaq asdım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.