Şou-biznes

“Zelenski kişi kimi kişidir” - "Mimino"nun qəhrəmanı

28 Fevral 2022 16:24
1 Şərh     Baxış: 1 988
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın Xalq artisti, Ukraynanın Əməkdar artisti Vaxtanq Kikabidze Ukraynadakı hərbi əməliyyatlardan danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi videomüraciətini lentə alaraq instaqram sosial şəbəkəsində yerləşdirib.

V.Kikabidze ukraynalıları özünün sevimli və əziz dostları adlandırıb, gürcülərin onları çox sevdiyini vurğulayıb:

"İndi başınıza gələn bütün çirkin şeylərdən narahatıq, amma Allah sizin tərəfinizdədir, çünki siz vətəninizi müdafiə edirsiniz. Bu, qəhrəmanlıqdır, asan deyil".

Müğənni hər şeyin yaxşı olacağına əmin olduğunu bildirib: "Prezidentiniz (Volodimir Zelenski- red) haqqında daha iki söz demək istəyirəm - o, gözəl, gənc, istedadlı, ağıllıdır. Kişi kimi kişidir, ona xidmət edin. Mən şəxsən ukraynalıyam!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.