Şou-biznes

“Ərim məni cavan oğlanlara qısqanırdı, söz-söhbətimiz olurdu” - VİDEO

22 Fevral 2022 15:18
0 Şərh     Baxış: 1 939
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aşıq Zülfiyyə həyat yoldaşının vaxtilə çox qısqanc olduğunu açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, "Qonağım ol" verilişində danışıb: "Təzə evlənən vaxtlar müəyyən qısqanclıqları olurdu. Cavan oğlanlar, cavan qızlar gül gətirirdilər. Cavan oğlanlar gül gətirəndə deyirdi ki, görürsən ki, gül gətirən cavan oğlandır, səhnədən çıx da. Deyirdim ki, olmaz axı, ona hörmətsizlik olar, ayıbdır", - deyə aşıq Zülfiyyə qeyd edib.

Sənətçinin sözlərinə görə, belə hallar çox olub: "Ya hansısa çəkilişdən, ya da hansısa konsert proqramından gələndə görürdüm ki, dinmir, danışmır, inciyib, küsüb. Deyirdi ki, sən ən azından o adam yaxınlaşanadək səhnədən çıxa bilərdin. O vaxt Dövlət Filarmoniyasında, Respublika Sarayında "Aşıq Pəri" məclislərində çıxış edirdik. Həmişə də gül gətirənlər olurdu. Ən çox onda söz-söhbətimiz olurdu. Sonra uşaq oldu, böyüdü. Özü də gördü ki, əldə olmayan şeylər var idi ki, onu da gərək qəbul edəsən".  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.