Şou-biznes

Rusiyanın Əməkdar artisti Bakıya heyran qaldı - FOTOlar

21 Fevral 2022 12:42
1 Şərh     Baxış: 2 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Oqni Moskvı" teatrının aktrisası, Rusiyanın Əməkdar artisti Olqa Kabo Bakıya qastrol səfəri edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rol aldığı tamaşadan əvvəl paytaxtımızı qarış-qarış gəzən sənətçi bununla bağlı instaqram hesabında paylaşım edib.

O, Bakıya heyran qaldığını bildirib: "Şəhər mənə qonaqpərvərlik göstərdi və isti qəbul etdi. Küçələrdə insanlar gülümsəyir, mənimlə şəkil çəkdirir, xoş sözlər və komplimentlər deyirdi.

Tamaşadan əvvəl vaxtda gəzirdim və dadlı yerli mətbəxdən zövq alırdım. Bakı - kontrastlar şəhəri! Burada qədimlik və müasirlik, ənənələr və azadlıq, dəniz və dağlar, şərq və qərb həmahəng uzlaşır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.