Şou-biznes

Azərbaycanlı məşhurların kredit borcları: 2000-70 000 AZN - VİDEO

15 Fevral 2022 19:12
0 Şərh     Baxış: 2 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəbdəbəli və lüks həyat tərzi sürən, günlərini təmtəraqlı məclislərdə keçirən, bahalı avtomobilləri, geyimləri, aksessuarları ilə daim gündəmdə olan şou-biznes nümayəndələri bu dəfə cah-cəlallı həyatlarının görünməyən üzündən, borclarından və kreditlərindən danışıblar.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, aparıcı Afaq Gəncəlinin "Şourum" verilişinə müsahibə verən məşhurlar müəyyən dövrlərdə 2000 AZN-dən 70 000 AZN-dək kredit borcları olduqlarını bildiriblər.

Sənətçilərin kreditə götürdüyü əşyalar arasında bahalı avtomobillərdən tutmuş telefon və soyuducu kimi müxtəlif elektronik avadanlıqlar da yer alıb. 

Bəzi şou-biznes nümayəndələri isə kreditə üstünlük vermədiklərini deyiblər. Onlar arasında Xalq artisti Faiq Ağayev, o cümlədən "Avroviziya" təmsilçilərimizdən olan Səmra Rəhimli yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.