Türkiyəli müğənni Alişanla aktrisa həyat yoldaşı Buse Varolun arasındakı gərginliyin səbəbi açıqlanıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb cütlüyün qızının ad günündə Alişanın vəfat edən qardaşının şəkli olan tort istəməsi olub.
Məlumata görə, Buse bunu istəməyib. Bundan sonra məşhur cütlüyün arasında gərginlik yaşanıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə mətbuatı cütlüyün boşanmaq xəbərinin yayılmaması üçün gizli məhkəmə proseslərinə başladığı və vəkillərə müraciət etdiyini yazmışdı.
Qeyd edək ki, 2018-ci ildə ailə quran Alişan və Buse Varolun iki övladı var.
Milli.Az