Şou-biznes

Məşhurlar bu dəfə İspaniyada bir araya gəldi - FOTOlar

14 Fevral 2022 15:08
0 Şərh     Baxış: 1 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 12-də Valensiyada İspaniyanın əsas kino mükafatı "Qoya"nın təqdimetmə mərasimi keçirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, tədbirdə ən yaxşı kişi rolu nominasiyasını qazanan Xavyer Bardem olub. Onu gecədə həyat yoldaşı, ulduz Penelopa Krus müşayiət edib. Onun "Chanel" markasından olan geyimi tədbirdə ən çox danışılan libaslar arasında yer alıb. Aktrisanın rol aldığı "Ən yaxşı patron" adlı ekran işi isə tədbirin əsas mükafatına layiq görülüb.

Aktrisa Keyt Blanşett isə mərasimdə xüsusi qonaq olub və Beynəlxalq Film Müvəffəqiyyəti Mükafatını alıb. O, gecəyə "Armani Prive"dən olan geyimlə qatılıb. 

Tədbirə qatılanlar arasında Veronika Echegi, Nyeves Alvares, Marta Vnuk, Kristina Brondo, Pedro Almodovar kimi məşhurlar yer alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.