Şou-biznes

Fəhləlikdən səhnəyə uzanan yol... - Bakıda bada gedən möhtəşəm səs - VİDEO - FOTO

13 Fevral 2022 10:38
2 Şərh     Baxış: 2 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belə hadisələr adətən Hollivud filmlərində olur: bir şəxs konservatoriyanı bitirir, ardınca operanın vətəni İtaliyada musiqi üzrə magistr təhsili alır və vətəninə qayıdıb restoranlarda oxuyaraq pul qazanır. Sonradan onu oxuduğu restoranlarda ya milyonçu, ya dövlət adamı, yaxud da bir rejissor görür və o gündən həmin şəxs üçün yaşıl işıqlar yanmağa başlayır.

Ancaq okeanın o tayında filmlərdə cərəyan edən belə mövzular Bakıda real həyatda baş verir. 

Milli.Az bildirir ki, qafqazinfo-nun əməkdaşlarının görüşərək söhbətləşdiyi qəhrəman Nofəl Aslanovdur, bəli o, Azərbaycan Milli Konservatoriyasını bitirib, ardınca İtaliyada magistr təhsili alıb, indi isə Mədəniyyət və İncəsənət Universitetində vokalist ixtisasına yiyələnir.

Bütün bu nailiyyətləri və möhtəşəm səsi ilə yanaşı Nofəl restoranlarda oxumaq məcburiyyətindədir. Həmin restoranda olarkən, oxuduğu mahnıları dinləyərkən paradoksal durum istər-istəməz insanı narahat edir; bəli, elə səsi restoranda eşitmək doğru deyil.

Hollivuddan nümunə gətirdik, lakin filmlərdə heç olmasa, sonda biri həmin səsə sahib çıxır, bizim qəhrəmanımız isə sonu xoşbəxtliklə bitməyən serialına davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.