Şou-biznes

Pattinsondan fərqli FOTOSESSİYA

9 Fevral 2022 19:12
0 Şərh     Baxış: 1 277
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Alatoranlıq" filmi ilə məşhurlaşan Robert Pattinson "GQ" jurnalının obyektivinin qarşısına keçib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor fotosessiya üçün olduqca qeyri-adi obrazlara girib. Dağınıq ağ saçlar, qızıl dişlər, müxtəlif döymələr və fərqli aksesuarlarla dəyişən Roberti demək olar tanımaq mümkün olmayıb.

O, yeni filmi "Betmen"ə həsr olunmuş buraxılış üçün nəşrə müsahibə də verib:

"Çəkilişlər həmişə gecələr olurdu deyə, hər zaman qaranlıq idi. Buna gör də özümü çox tənha hiss edirdim. Həmişə kostyumda olmalı idim. Studiyadan kostyumda çıxmaq mümkün deyildi, ona görə də çöldə nə baş verdiyini demək olar ki, bilmirdim".

Robert müsahibəsində şəxsi həyatı haqqında çox danışmayıb. O, yalnız bir neçə dəfə sevgilisi Suki Uoterhausun adını çəkməklə kifayətlənib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.