Şou-biznes

Kseniyadan boşanan Qurban futbolçunun xanımı ilə eşq yaşayır - FOTO

9 Fevral 2022 18:12
0 Şərh     Baxış: 1 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı aparıcı Kseniya Borodinadan 6 ay əvvəl boşanan dağıstanlı iş adamı Qurban Ömərov yeni sevgilisi ilə səmimi şəkildə görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Qurban Rusiya millisinin futbolçusu Fyodor Kudryashovun həyat yoldaşı Anastasiya ilə dodaq-dodağa paparatsilərin obyektivinə tuş gəlib.

Cütlük uzun müddət restoranda qaldıqdan sonra Qurbanın şəxsi avtomobilinə minərək oradan uzaqlaşıb.

Qeyd edək ki, Qurban Kseniyadan ayrılandan sonra adı bir neçə qadınla hallanıb. İddialar arasında onun ilk həyat yoldaşı Alla ilə (red. - Ömər adlı övladları var) birlikdə olması da yer alıb.

Digər tərəfdən Anastasiya Fedorla 15 ildən çoxdur bir yerdə yaşayır. Hətta o, keçən ilin noyabrında isə Xorvatiya ilə səfər matçında təsadüfən öz qapısına top vuran həyat yoldaşını müdafiə edənlər arasında olub. Fyodorun yaxın dostlarından birinin verdiyi məlumata görə, ikili uzun müddətdir anlaşılmazlıq ucbatından birlikdə yaşamır, lakin uşaqlarına görə, dostluq münasibətlərini qoruyurlar. Cütlüyün Nik və Milan adlı iki övladı var.

Bundan başqa, artıq Qurbanın 130 kvadratmetrlik yeni mənzilində təmirə başladığı və sevgilisi Anastasiya ilə orada yaşayacağı deyilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.