Şou-biznes

"Yıldız"dan borc alıb, qaçdı - Türkiyəli məşhurlara qarşı dələduzluq

9 Fevral 2022 04:22
0 Şərh     Baxış: 1 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aralarında türkiyəli aktyorlar Haldun Dormen, İlber Ortaylı, Bennu Gerede, Zafer Algöz və prodüser Adil Şentekin də olduğu bir qrup şəxs yaşadıqları mənzilin işçisi tərəfindən aldadılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, borcu olduğunu iddia edən mənzil işçisi bina sakinlərindən pul yığıb. Daha sonra həmin şəxs barəsində hər hansı məlumat almaq mümkün olmayıb.

"Hürriyet"də çıxan xəbərə görə, Nişantaşında Hüsrev Gerede küçəsində yerləşən tarixi mənzildə işləyən şəxs bina sakinlərinin bəzilərindən 5 min lirə alıb. O, yığdığı pulları götürüb, həyat yoldaşı və uşaqlarını tərk edərək qaçıb.

Bir həftədir itkin düşən şəxsin əmək müqaviləsi ləğv edilib. Barəsində rəsmi qurumlara şikayət ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.