Azərbaycan əsilli müğənni Tuğba Ekinci həmkarı Hadisəyə acıq verib.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, sənətçi nişanlısı Berk Fenercioğlu ilə səmimi görüntülərini instaqram hesabında yayımlayıb.
Daha sonra həmkarı Hadisəyə eyham vuraraq mənim nişanlım səninkindən daha da əzələli və daha yaraşıqlıdır sözlərini yazıb:
"Hadisə, bağışla, amma mənim nişanlım səninkindən daha əzələli və yaraşıqlıdır. Atasının pulu ilə ona-buna acıq vermir. Borcu da yoxdur. Özü də təyyarəçidir".
Milli.Az