Şou-biznes

Culiya Foksun yaylığı Fransada qalmaqal yaratdı - FOTO

2 Fevral 2022 16:24
0 Şərh     Baxış: 972
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyaca məşhur milyarder reper Kanye Uestin yeni sevgilisi Culiya Foksun Paris moda həftəsinə başıörtülü qatılması mübahisələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  "Vogue France" nəşri 32 yaşlı aktrisanın fotosunu "Başörtüsünə hə" şərhi ilə paylaşıb. Bundan sonra şəkil sərt reaksiya ilə üzləşib. Belə ki, yaxın tarixdə idman yarışlarında baş örtüsünün qadağan edildiyi ölkədə məşhur moda jurnalının bu hərəkəti ikiüzlülük kimi qiymətləndirilib.

Paylaşıma münasibət bildirənlərdən biri isə idman müxbiri Şirin Əhməd olub. "Fransadakı bütün müsəlman qadınların idmanla məşğul olması qadağan olunduğu, başörtüsü hədəf alındığı ərəfədə "Vogue France" Culiya Foksun yaylığını təbrik edir" - deyə, sərt reaksiyasını bildirib.

Tənqidlərin ardından nəşr həmin ifadəni şərh yerindən silib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.