Şou-biznes

Natavan verilişə qatılmaq üçün 10 min istəyir?

2 Fevral 2022 06:22
1 Şərh     Baxış: 1 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Natavan Həbibi uzun müddətdir efirlərə qatılmır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aldığı dəvətləri geri çevirən sənətçinin bu addımının səbəbi bəlli olub. Belə ki, Natavan verilişlərdən qonorar tələb edir.

Bu haqda aparıcı Afaq Gəncəli "Səhər mərkəzi" proqramında deyib:

"Köməkçisi bizə deyib ki, verilişlərdən qonorar tələb edir. bunsuz heç bir yerə getmir. Deyir, qonorar verin gəlim. Məbləği deməyəcəm, məndə var. Xatirə islamın istədiyindən çox pul istəyir".

Proqramda yer alan stilist Elnur Həsənovun "Natavan toy qiymətini də qaldırıb, 10 min manatdır" sözünə Afaq "Elə o qiymətdir. Hazırda televiziyalar ona bu məbləği vermir" cavabını verib.

Qeyd edək ki, bundan əvvəl müğənni Xatirə İslam da televiziya rəhbərlərindən proqrama qatılmaq üçün qonorar tələb etmişdi. Onun bu fikri tənqid olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.