Şou-biznes

Məhkəmədə gəlinliklə iştirak etdi

2 Fevral 2022 04:22
0 Şərh     Baxış: 1 449
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Sisi" ləqəbli aparıcısı Seyhan Soylu unikal addım atıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, Seyhan onu sosial şəbəkədə evlilik vədi verib aldadan şəxslə məhkəməsinə gəlinlik geyinib gedib.

Soylunun sözlərinə görə, iki il öncə həyat yoldaşı ilə yeni ayrıldığı vaxtlarda sözügedən şəxslə tanış olub. Ondan çox xoşunun gəldiyini, get-gedə münasibətlərinin irəlilədiyini söyləyib. Lakin oğlanın onu aldatdığı ortaya çıxıb.

Bundan sonra aparıcı məsələni ictimailəşdirib. Nəticədə hər iki tərəf bir-birini məhkəməyə verib. Hətta Aksel E adlı şəxs Seyhanın şəxsi həyatla bağlı məlumatları yaymasına görə, 7 il həbs olunmasını istəyib.

Bu gün baş tutan məhkəmədə qraşı tərəf iştirak etməyib. Gəlinlik geyinən Soylu bu libasın fotosunu həmin oğlanın ona göndərdiyini bildirib. O, "Mən bu tələyə düşdüm başqa qızlar aldanmasınlar. Nikah günü geyinməli olduğum paltarla məhkəməyə gəldim",-deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.