Şou-biznes

Fərqanə Qasımovadan qızına toy hədiyyəsi - VİDEO

1 Fevral 2022 16:24
0 Şərh     Baxış: 4 061
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın övladı Fatimənin qız toyu olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, F.Qasımova qızı üçün gecədə sürpriz edib. Belə ki, o, övladı üçün rəqs hazırlatdırıb. Fatimə isə zala anasının canlı ifası ilə daxil olub.

Həmin görüntüləri xanəndə öz sosial şəbəkə hesabında yayımlayıb və "Qızıma hədiyyəm mahnımla gəlişi oldu. Allah bütün övladları xoşbəxt eləsin" sözlərini yazıb.

Qeyd edək ki, Fatimə Xalq artisti Natiq Şirinovun oğlu ilə ailə qurmağa hazırlaşır. Cütlüyün oğlan toyu sabah baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.