Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın övladı Fatimənin qız toyu olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, F.Qasımova qızı üçün gecədə sürpriz edib. Belə ki, o, övladı üçün rəqs hazırlatdırıb. Fatimə isə zala anasının canlı ifası ilə daxil olub.
Həmin görüntüləri xanəndə öz sosial şəbəkə hesabında yayımlayıb və "Qızıma hədiyyəm mahnımla gəlişi oldu. Allah bütün övladları xoşbəxt eləsin" sözlərini yazıb.
Qeyd edək ki, Fatimə Xalq artisti Natiq Şirinovun oğlu ilə ailə qurmağa hazırlaşır. Cütlüyün oğlan toyu sabah baş tutacaq.
Milli.Az