Şou-biznes

Röya Ayxanın 5452 AZN-lik geyimi müzakirələrə səbəb oldu - FOTO

1 Fevral 2022 14:30
4 Şərh     Baxış: 2 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Röya Ayxan xüsusi geyimi ilə gündəmə gəlib. 

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi qatıldığı verilişlərdən birində geyindiyi çəhrayı rəngli xüsusi libası ilə xeyli müzakirələrə səbəb olub. 

Buna səbəb Xalq artistinin bahalı blazeri və ətəyi olub. Onun hər iki geyimi "Aleks Perri" markasına aiddir. Röyanın blazerinin qiyməti 2411 dollar (4098 AZN), ətəyinin qiyməti isə 797 dollardır (1354 AZN).

İfaçının geyimlərinin qiyməti ümumilikdə 5452 AZN təşkil edib. 

Qeyd edək ki, Röya Ayxan proqram zamanı ilk dəfədir efirdə çəhrayı libas geyindiyini açıqlayıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.