Şou-biznes

"Cərrahlar anamı əməliyyat etməkdən boyun qaçırırdı"

31 Yanvar 2022 17:06
0 Şərh     Baxış: 1 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çətin idi, güc tapa, ayaqda dura bilmirdim. Alınmırdı... Anamın qida borusunda xərçəng aşkar edildi. Bir çox cərrahlar buna imza atmaqdan boyun qaçırdı. Ölüm-dirim məsələsi idi".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Şourum" proqramına açıqlamasında deyib. Sənətçi anası Qənirə xanımın xəstəliyindən bəhs edib.

O bildirib ki, onkoloji xəstə olan anası hazırda sağalma üzərədir:

"İndi ağrıları var, amma ayağa qalxır. Düzəlir, tez-tez müayinəyə gedib-gəlirik. Anamın xəstəliyindən sonra qol-qanadım sınmışdı, heç nə edə bilmirdim. İndi yavaş-yavaş studiyaya gedirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.