Şou-biznes

Gənc qız ona edilən əxlaqsız təklifi VİDEOya çəkib, paylaşdı

29 Yanvar 2022 14:24
0 Şərh     Baxış: 4 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanada sakini olan 17 yaşlı Ceysi Kruz mağazada onu təqib edən, evinə zəng edən şəxsi videoya çəkərək TikTok sosial media platformasında paylaşıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, videodakı şəxs gənc qıza yaxınlaşaraq "Sən indiyə qədər gördüyüm ən gözəl qızsan. İstədiyin paltarı ala bilərəm'' deyə səslənir. Gənc qız ikinci əl geyim mağazasında alış-veriş edərkən, yaşlı bir kişi onun yanına gələrək onu evinə dəvət edib. Kruz kişiyə yaşının 18-dən az olduğunu deməsinə baxmayaraq, kişi onu incitməyə və arxadan yaxınlaşaraq şəklini çəkməyə davam edib.

Onun izləyiciləri paylaşdığı üçün qıza təşəkkür edərək, belə azğınların həmişə ifşa edilməli və rüsvay edilməli olduğunu bildiriblər. Hadisə ilə bağlı hər hansı araşdırmanın olub-olmadığı məlum deyil.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.